Sistit

Sistit
lat. Cystitis
XBT-10 N
XBT-10-KM N30, N30.9
XBT-9
XBT-9-KM 595.9[1][2], 595[1][2], 595.89[2]
DiseasesDB 29445
MeSH D003556
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sistit — sidik kisəsinin selikli qişasının iltihabı.

Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20–25 %-i müxtəlif formada sistit keçirirlər, 10 %-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0,5 %-ində olur.

Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur.

Sistitə meyilliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır:

sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 4–6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz.

menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri.

Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər. O sistemli xəstəliklərə aiddir və iltihab səbəbi mikroblar deyil, immun sisteminin işinin pozulmasıdır. Gecikmiş interstisial sistit sidik kisəsi xorasına çevrilə bilər.

  1. 1 2 Disease Ontology (ing.). 2016.
  2. 1 2 3 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search